Türkiyədə dolların qiyməti 28 lirəni də keçərək rekord qırıb.
Şekel dollar qarşısında 2015-ci ildən bəri - Ən Aşağı Səviyyəyə Düşdü
FED.az xəbər verir ki, İstanbulda sərbəst bazarında 1 dollar 28.0050 lirəni, avro isə 29.6630 lirəni görüb
Dünən dolların satış qiyməti 27,9180 lirə, avronun satış qiyməti isə 29,5290 lirə olmuşdu.
Birjada isə Dollar /Türk Lirəsi (TL) məzənnəsi 28,2141 lirəni test edib.
İsrail-Həmas müharibəsi riskləri artırıb, geo-siyasi vəziyyəti pisləşdirib.
Çində açıqlanan güclü iqtisadi artım məlumatlarına baxmayaraq, Yaxın Şərqdəki hadisələr bazarlara daha çox təsir etməkdə davam edir.
Asiyada birjaların əksəriyyəti mənfidir.
Wall Street indeksləri fyuçerslərdə düşməkdə davam edir. Neftin qiyməti qalxmağa başlayıb, “Brent” markalı neftin barreli 2 faiz bahalaşaraq 92 dollara çatıb. Dünya bazarında qızıl da bahalaşır. (Marja)