Türkiyədə dolların və digər xarici valyutaların məzənnəsi yenid artmağa başlayıb.
FED.az xəbər verir ki, bu gün türk lirəsi dollar, avro və ingilis funtu qarşısında yenidən ucuzlaşıb.
Belə ki, ötən həftəni 4,3141 məzənnəsi ilə başa vuran ABŞ dolları bu gün 4,3483 lirəyə, təqriğən 4,35 lirəyə yüksəlib.
Avro isə ötən həftənin sonundakı 5,1536 lirədən bu gün 5,1877 lirəyə yüksəlib.
İngilis funtunun məzənnəsi isə ötən həftənin sonundakı 5,8441 lirədən bu gün 5,8999 lirəyə, yəni təqribən 5,9 lirəyə yüksəlib.
Başqa sözlə son bir ildə Türkiyədə dollar 20%, avro 33,3%, funt isə 28,3% bahalaşıb.
Türkiyədə dollar durmadan bahalaşır – SON QİYMƏT

09:39
14 May 2018