Türkiyədə dolların məzənnəsi sentyabrın 27-də sürətlə ucuzlaşıb. FED.az xəbər verir ki, səhəri 6,1 lirə ilə başlasa da, sonradan bir qədər yüksələrək 6,12-yə yüksəlib, günortadan sonra isə sürətlə ucuzlaşaraq 6,08 lirə, 6,05 lirə və 6 lirəyə enib. Hazırda birjada dolların məzənnəsi 6,02 lirədir.
Türk lirəsinin möhkəmlənməsi ABŞ-la Türkiyə arasında siyasi gərginliyə və sanksiyalara səbəb olan keşiş Bronsonun Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılacağı haqqında məlumatlardır.
Türkiyədə dollar 6 lirəyə düşdü

17:12
27 Sen 2018