Türkiyə Mərkəzi Bankı gözlənilmədən faiz dərəcəsini bir qədər də aazaldaraq 13%-ə endirib.
2022-ci ilin sonunda 1 dolların 20 türk lirəsinə yaxınlaşacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, Mərkəzi Bankını bununla bağlı açıqlamasında bildirilir ki, proqnozlar 3-cü rübdə iqtisadi aktivliyin azala biləcəyini göstərir və bunun qarşısını almaq üçün faiz dərəcəsinin endirilməsi qərara alınıb.
Qərardan sonra Türkiyədə dollar bir qədər də bahalaşaraq 18,1 lirəni keçib. Bu, son 8 ayda lirənin ən aşağı məzənnəsidir. Hazırda 1 dollar 18,1 lirə, 1 avro isə 18,26 lirə ətrafında dəyişir.
Bloomberg. Agentliyinin məlumatına görə, bu qərar göstərib ki, Mərkəzi Bankın əsas hədəfi inflyasiya ilə mübarizədən daha çox iqtisadi artımdır.
Qeyd edək ki, avqustun əvvəlinə olan məlumata görə, Türkiyədə illik inflyasiya 79,6%-ə çatıb, bu 1998-ci ildən bəri ən böyük qiymət artımıdır.