Koronavirus pandemiyası yaıldığı dövrdə Türkiyədə mart ayında xəzinədə 40,4 milyard lirə (6 milyard dollar) kəsr yaranıb.
Eləcə də bax: Türkiyədə işdən çıxarılma - 3 AY QADAĞAN OLUNACAQ
FED.az xəbər verir ki, martda xəzinə gəliri 53,9 milyard lirə (8 milyard dollar), xərclər 94,4 milyard lirə (14 milyard dollar) olub. Xəzinə gəliri son iki ilin ən aşağı səviyyəsinə enib.
Qeyd edək ki, daha əvvəl ən yüksək aylıq pul kəsiri 2019-cu ilin dekabr ayında 36,8 milyard lirə (5,4 milyadr dollar) olmuşdu.
2020-ci ilin Yanvar-Mart dövrlərini əhatə edən xəzinənin rüblük pul kəsiri 26,4 milyard lirə (3,9 milyard dollar) olub.
Büdcənin cəmi gəliri bu ilin fevral ayında 87,3 milyard lirə, mart ayında 53,9 milyard lirə olub. Xərclər fevralda 96,1 milyard lirə, martda 94,7 milyard lirə olub.
Epidemiya səbəbi ilə vergi yığımlarının dəyişməsi gəlirlərin azalmasına və pul kəsirinin artmasına təsir edib.
Büdcənin xalis borcları mart ayında 16.2 milyard lirəyə, həmçinin 2020-ci ilin ilk üç ayında 63.3 milyard lirəyə çatıb. Xəzinədarlığın faiz xərcləri mart ayında 11 milyard lirə, həmçinin 2020-ci ilin ilk üç ayında 31.5 milyard lirə olub.