Müstəqil iqtisadi araşdırmalar, təhlil və proqnozlar hazırlayan "Capital Economics" şirkəti Türkiyənin zəif Türk Lirəsindən daha çox faydalandığını bildirib.
FED.az xəbər verir ki, "Capital Economics"in iqtisadçıları, orta dövrdə, Türkiyənin zəifləyən pul vahidindən daha böyük emal sənayesi sayəsində kiçik emal sektoruna malik olan Argentina ilə müqayisədə daha çox faydalanacağını qeyd ediblər.
"Capital Economics"in hesabatında qeyd edilib ki, azalan idxal iqtisadi artıma mənfi təsir etməyəcək, bir çox idxal malları yerli istehsal ilə əvəz edilə bilər.
"Türkiyə maksimum gücü ilə işləyən iqtisadiyyatı ilə artan tələbatı ödəməkdə problem yaşamaya bilər" .