Türkiyə Mərkəzi Bankı yeni fazi qərarını açıqlayıb.
FED.az Bankın yaydığı məlumata istinadən xəbər verir ki, 1 İyun 2018-ci il tarixindən bir həftəlik repo faizi 16.5 faiz təşkil edəcəkdir:
"Bir həftəlik repo hərracı faiz nisbəti Mərkəzi Bankın əsas pul siyasəti faizi olacaqdır. Bu nisbət, mövcud maliyyələşmə faizinə (16,50 faiz) bərabərdir. Mərkəzi Bankın gecəlik borclanma və borcvermə nisbətləri bir həftəlik repo faiz nisbətilə müqayisədə -/+ 150 bəndlik marja ilə müəyyən olunacaqdır".
Bankın açıqlamasından sonra Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 2% düşərək 57,39 səviyyəsinə düşüb