Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
FED.az xəbər verir ki, bazarın gözləntilərinə uyğun olaraq Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı seçki öncəsi son iclasında siyasət faizini 8,50 faiz səviyyəsində saxlayıb.
Bankın bununla bağlı açıqlamasında pul siyasəti mövqeyinin kifayət qədər olduğu ifadəsi saxlanılıb.
Bəyanatda bildirilir ki, hazırki pul siyasəti mövqeyinin qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kifayət edir.
“Əsas indikatorlar zəlzələ bölgəsində iqtisadi fəallığın gözlənildiyindən daha sürətlə bərpa olunduğunu göstərir”-deyə bəyanatda bildirilir.
Qərar prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 21-də etdiyi çıxışında “hakimiyyətdə olduğu müddətdə faizlərin aşağı düşəcəyini” deməsindən sonra verilib.
Sözügedən çıxışda Ərdoğan “ABŞ-da faiz arta bilər, Avropada yüksələ bilər, amma Türkiyədə faizlər azalacaq və faizlə bərabər inflyasiyanın da azalacağını görəcəksiniz” deyib.