“Məqsədli büdcə fondları ləğv edilir. Həmin rəqəmlər artıq büdcənin daxilində müvafiq iqtisadi, funksional və inzibati təsnifat olaraq bölüşdürülmüş istiqamətlərə daxil edilir”.
AMB sədri: "Gələn il büdcə kəsirinin borclanma ilə maliyyələşdirilməsi inflyasiyaya ciddi təsir etməyəcək"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Büdcədənkənar xərclərin də böyük bir qismi ilə bağlı müvafiq addım atılır. Ona görə də düşünürük ki, Hesablama Palatasının qaldırdığı bölüşdürülməyən və xüsusilə büdcədənkənar vəsaitlərlə bağlı olan hissədə bölüşdürülməyən vəsait artıq 2028-ci il büdcəsində demək olar ki, tam aradan qalxacaq.
Çünki cənab Prezidentin bununla bağlı imzaladığı yeni fərman var. Əksər qurumların artıq maddi-texniki təchizatı büdcə daxilinə keçirilib, büdcədənkənar vəsaitlərdən çıxarılıb və büdcədənkənar vəsaitlərdə bu gün üç qurumumuz istisna olmaqla, bütün digər qurumların yalnız əməkhaqqı xərcləri qalıb. Düşünürük ki, növbəti ildə əməkhaqqı sahəsində aparılacaq islahatlar çərçivəsində artıq o üç qurumun da əlavə xərclərinin ayrıca büdcədənkənar vəsaitlərdə qalmasına ehtiyac qalmayacaq və büdcədənkənar vəsaitlər məhz ilkin təyinatı olan əməyin ödənişinin stimullaşdırılması xərclərinə yönəldiləcək. Bu, artıq bizə bölüşdürmə imkanı da tam verəcək və bu məsələ də öz həllini tapacaq”, - deyə nazir qeyd edib.













