Azərbaycan bank sektorunun yaşıl maliyyələşməyə ayırdığı kreditin həcmi məlum olub.
Zakir Nuriyev: "Bank sektoru qanunsuz əməliyyatların həyata keçirilməsi üçün meydança deyil"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Zəfər Günü ilə bağlı keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2025-ci ili və 2026-cı ilin ilk 6 ayını əhatə edən 18 ay ərzində yaşıl maliyyələşmə çərçivəsində 1 178 kreditləşmə üzrə ümumilikdə 450 milyon manat kredit ayrılıb.
"Azərbaycanın yaşıl maliyyələşmə üzrə qarşısına qoyduğu hədəf 2 milyard manat olaraq dəyişilməz qalır", - deyə o, əlavə edib.













