2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8 % çox) olması proqnozlaşdırılır.
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 251 mindən çoxdur
FED.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Sənədə əsasən, xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.













