"2024–2025-ci illərdə Mərkəzi Bankın həyata keçirdiyi prudensial tədbirlər istehlak kreditlərinin artımını müəyyən çərçivəyə salmaqla biznes kreditlərinin genişlənməsinə imkan yaradıb".
Zakir Nuriyev: "Bank sektoru qanunsuz əməliyyatların həyata keçirilməsi üçün meydança deyil"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Zəfər Günü ilə bağlı keçirilən ağacəkmə aksiyasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2026-cı ilin 10 noyabrından qüvvəyə minəcək yeni qaydaların istehlak kreditlərinin artım tempini qismən yavaşladacağı gözlənilir.
"Bu il ərzində görülmüş tədbirlər və gələcək illərdə görüləcək tədbirlər istehlak kreditlərinin deyil, biznes kreditlərinin artımına şərait yaradacaq. Növbəti ildə də, biznes kreditlərinin artım tempi istehlak kreditlərinin artım tempini üstələyəcək, - deyə o, əlavə edib.
Qeyd edək ki, noyabr ayının 10-dan etibarən Azərbaycan Mərkəzi Bankı bankların kredit verməsi, borcalanların gəlirlərinin qiymətləndirilməsi, zaminlik və kreditlərin risk səviyyəsinə uyğun təsnifləşdirilməsi qaydalarına dəyişiklik edəcək. Yeni tələblər xüsusilə istehlak kreditlərinə zamin duran şəxslərə, davranış modelləri əsasında kredit alan müştərilərə və nisyə satışla məşğul olan sahibkarlara təsir göstərəcək.















