2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub.
İdman və mərc oyunları üzrə vergilərdən büdcəyə daxilolmalar 6 milyon manatdan çox artacaq
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişafı məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13,3 milyon manat, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat vəsait proqnozlaşdırılıb.
Bununla yanaşı, teatr və konsert müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 51,6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3,4 milyon manat, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün isə 3,1 milyon manat vəsait nəzərdə tutulub.
Həmçinin incəsənət xadimlərinə dövlət qayğısının artırılması və səhnə sənətinin inkişafı məqsədilə 150 nəfər üçün Prezident mükafatlarının verilməsinə 0,9 milyon manat ayrılması proqnozlaşdırılıb.













