Azərbaycan Mərkəzi Bankı 2027-ci ilin sonunda ölkədə illik inflyasiyanın 5,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Mərkəzi Bank inflyasiya proqnozlarını yenilədi
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdə bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın oktyabr ayında açıqladığı baza ssenarisi üzrə 2027-ci ildə inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.
2026-cı ilin sentyabrında Azərbaycanda 12 aylıq inflyasiya 5,5%, baza inflyasiyası isə 4,9% təşkil edib.
Mərkəzi Bankın qiymətləndirmələrinə görə, son bir ildə inflyasiyaya ən çox artırıcı təsir göstərən amil Azərbaycanın əsas ticarət tərəfdaşlarındakı qiymət artımları olub.
Taleh Kazımov bildirib ki, 2027-ci ildə də pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq.
Məzənnə sabitliyi qiymət sabitliyinin əsas amillərindən biri kimi çıxış edəcək.













