“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin tərkibində yeni təyinat həyata keçirilib.
FED.az xəbər verir ki, 1 sentyabr 2026-cı il tarixindən şirkətin Maliyyə departamentinin direktoru vəzifəsində çalışan Ənbər Həsənova, 3 noyabr 2026-cı il tarixindən etibarən “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
Bununla da şirkətin İdarə Heyətinin üzvlərinin sayı üçə çatıb. Hazırda İdarə Heyətinin sədri Xumar Emil qızı İmamverdiyeva, üzvləri isə Şəfəq Oqtay qızı Həsənova və Ənbər Adil qızı Həsənovadır. O, 2011–2022-ci illərdə “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərində mühasibat uçotu sahəsində müxtəlif vəzifələrdə, o cümlədən mühasib, böyük mühasib və baş mühasibin müavini kimi fəaliyyət göstərib. Sonrakı karyerası ərzində müxtəlif sığorta şirkətlərində mühasib, baş mühasib və biznes analitik vəzifələrində çalışan Ənbər Həsənova maliyyə idarəçiliyi, mühasibat uçotu və biznes proseslərinin təhlili istiqamətlərində geniş peşəkar təcrübə qazanıb.
Qeyd edək ki, Ənbər Həsənova maliyyə və mühasibatlıq sahəsində ümumilikdə 15 illik peşəkar təcrübəyə malikdir.








![“Atəşgah Həyat” Sığortanın İdarə Heyətinə yeni üzv - [red]TƏYİN EDİLİB[/red] | FED.az](/upload/news/small/3932477.jpeg)
![“Atəşgah Həyat” Sığortanın İdarə Heyətinə yeni üzv - [red]TƏYİN EDİLİB[/red] | FED.az](/upload/news/small/1136285.jpeg)








