Azərbaycanda fəaliyyət göstərən banklar mövcud prudensial normativləri pozmadan iqtisadiyyata əlavə 4,6 milyard manat kredit ayıra bilərlər.
Yeni qərarla Azərbaycanda istehlak kreditlərinin artım tempi yavaşlayacaq - BANKLAR ASSOSİASİYASI
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin komitə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə ölkənin bank sektorunda izafi likvidlik müşahidə olunub. Məcburi ehtiyatlar çıxılmaqla bank sektorunun struktur likvidlik profisiti oktyabr ayında 6,4 milyard manata çatıb.
Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə artıb.
Mərkəzi Bank sədri bildirib ki, mövcud şəraitdə banklararası təminatsız pul bazarında bağlanan əqdlər üzrə orta faiz dərəcələri Mərkəzi Bankın faiz dəhlizi daxilində idarə edilib.
Bank sektorunun kapital və likvidlik göstəriciləri də müəyyən edilmiş normativləri əhəmiyyətli dərəcədə üstələyir.
Belə ki, bank sektorunda məcmu kapital adekvatlığı 16,7%, likvidliyin örtülmə əmsalı isə 156% təşkil edir.
Bu göstəricilər bankların əlavə kreditvermə potensialının mövcud olduğunu göstərir.















