Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Eləcə də bax: Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu - Nə Qədərdir?
FED.az xəbər verir ki, gözlənildiyi kimi, TCMB pul siyasəti faizində dəyişiklik etməyib və 19% səviyyəsində saxlayıb.
Faiz qərarı TCMB-nin yeni sədrin ilk yığıncağında qəbul edilib.
Mərkəzi Bank qeyd edib ki, tələb və xərc ünsürləri, bəzi sektorlardakı tələb məhdudiyyətləri inflyasiya üzərində risk yaratmağa davam etməkdədir. Mövcud pul siyasətinin kreditlər və daxili tələb üzərindəki yavaşladıcı təsirlərinin önümüzdəki dövrdə daha çox görünəcəyi nəzərdə tutulmaqdadır. Bu istiqamətdə Mərkəzi Bank, siyasət faizini sabit saxlayaraq sərt pul siyasətinin qorunmasına qərar vermişdir.
TCMB, təməl məqsədi olan qiymət sabitliyi istiqamətində əlindəki bütün vasitələri istifadə etməyə davam edəcək. İnflyasiyada qalıcı enişə işarə edən güclü göstəricilər yaranana və ortamüddətli 5% hədəfinə çatana qədər siyasət faizi güclü dezinflyasiyaya xidmət edəcəkdir.
Qərardan sonra Dollar/TL məzənnəsi 8.03 səviyyələrindən 8.11 səviyyəsinədək yüksəlib (Türk Lirəsi ucuzlaşıb). Buna səbəb bazar iştirakçılarının Mərkəzi Bankın açıqlamasında "lazım olsa əlavə sərt tətbirlər görüləcək və sərt pul siyasəti uzun müddət qorunacaq" ifadələrini oxuya bilməməsidir. (Marja)