İndiyə qədər Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 13 milyard ABŞ dolları, Azərbaycan şirkətləri isə Türkiyə iqtisadiyyatına 19 milyard ABŞ dolları məbləğində investisiya qoyub.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair dəyirmi masada bildirib.
"Xüsusilə Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşunda qardaş ölkənin şirkətləri liderdir. Azərbaycanın isə ən çox investisiya qoyduğu ölkə Türkiyədir. İnvestisiyaların daha da artırılması üçün müvafiq tədbirlər görülməsi, o cümlədən koronavirus (COVID-19) pandemiyasının şərtlərini nəzərə almaqla, Azərbaycanda olan investisiya imkanlarının Türkiyədəki iş adamlarına, Türkiyədə olan investisiya imkanlarının isə Azərbaycandakı iş adamlarına tanıdılması məqsədilə bu il virtual “Rod şou” tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmişik”, - o qeyd edib. (Report)