Türkiyə Mərkəzi Bankının dünən keçirilən növbədənkənar iclasına və faiz qərarına (faiz bəndi 13,5%-dən 16,5%-ə qaldırılmışdı) baxmayaraq türk lirəsinin ucuzlaşmasını saxlamaq mümkün olmayıb.
FED.az xəbər verir ki, bu gün hərracların əvvəlində dollar lirə qarşısında bir qədər ucuzlaşaraq 4,65 lirədən 4,57 lirəyə ensə də, bir qədər sonra yenidən bahalaşmağa başlayıb. Hazırda 1 dollar 4,66 lirəyə dəyişdirilir.
Dollarla yanaşı, avro da müvəqqəti ucuzlaşmadan sonra bahalaşmağa başlayıb. Mayın 23-də 5,50 həddini görən avro, TMB qərarından sonra bir qədər geriləyərək bu günə 5,38 ilə başlamışdı, amma bir qədər əvvəl avro yenidən güclənərək 5,49 lirəyə yüksəlib.