Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu təqdimat keçirib.
Eləcə də bax: Qlobal bank 1 dolların 28 türk lirəsinə çatacağını - GÖZLƏYİR
FED.az xəbər verir ki, təqdimata görə, TCMB 2022-ci ilin sonu üçün inflyasiya proqnozunu 11,8 faizdən 23,2 faizə qaldırıb. 2023-cü ilin sonu üçün isə gözlənti 8,2%-dir.
2022-ci il üçün ilin sonuna ərzaq inflyasiyası proqnozu 13,9 faizdən 24,2 faizə yüksəldilib. 2023-cü ilin sonu üçün ərzaq inflyasiyası proqnozu 10 faizdir.
Bankın 2022-ci il üçün xam neft proqnozu orta hesabla 80,4 dollar təşkil edir (Əvvəlki 77.5 dollar). (Marja)