Baş ofisi Londonda yerləşən Böyük Britaniyanın çoxmillətli bank və maliyyə xidmətləri şirkəti "Standard Chartered Bank" 2022 və 2023-cü illər üçün dollar/TL proqnozunu yeniləyib.
Eləcə də bax: Lirə ilin sonunadək ucuzlaşacaq - TMB
FED.az xəbər verir ki, "Standard Chartered Bank", dərc etdiyi araşdırma hesabatında, 36 faiz yüksək inflyasiya ilə birlikdə heterodoks pul siyasətinin türk lirəsi üçün struktur qırılma yaratdığını və 2022-ci il sonu üçün Dollar/TL proqnozunu 12-dən 20-yə qaldırdıqlarını bildirib.
Dekabr ayında baş verən qiymət hərəkətlərindən sonra türk lirəsindəki volatilliyin Bitcoin-i keçdiyinə diqqət çəkən bank, turizmin yayda canlanması ilə yaşanacaq aktivliyin mənfi xalis ehtiyatlar səbəbiylə struktur pozulmasını geri qaytarmaya bilməyəcəyini vurğulayıb.
Yeni elan edilən qorunan türk lirəsi əmanətinin gözləntilərin əksinə dollarlaşmanı azaltmadığını bildirən "Standard Chartered", yeni alətin dövlət maliyyəsi üçün risk yaratdığını bildirib.
2023-cü ildə keçiriləcək seçkilərdən əvvəl ortodoks siyasətlərə dönüş olmayacağını və pul siyasətinin ekspansioner olaraq qalacağını düşünən bank, 2022-ci ildə sürpriz erkən seçki ehtimalının türk lirəsi üçün digər mənfi amillərdən biri olacağını bildirib.
"Standard Chartered" 2022-ci ilin sonu üçün dollar/TL proqnozunu 12-dən 20-yə yüksəltdiyi halda, 2023-cü ilin sonuna qədər dolların məzənnəsinin 28-ə çatacağını gözləyir. (Marja)