Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2022-ci ildə sonuncu faiz qərarını açıqladı.
Eləcə də bax: Ərdoğan: "İnflyasiya qarşısıalınmaz iqtisadi təhlükə deyil"
FED.az verir ki, gözlənildiyi kimi Bank faizini 1,5 faiz bəndi də azaldaraq 10,50%-dən 9%-ə endirib.
TCMB əvvəlki iclasında bəyan etmişdi ki, dekabr ayında da faiz azaldılacaq və sonra gözləmə mövqeyi tutulacaqdır.
Mərkəzi Bank bu gün yaydığı press-relizində faiz endirimi dövrünü başa çatdırdığını bəyan edib.
"Qlobal iqtisadi artım ilə bağlı qeyri-müəyyənliklərin və geosiyasi risklərin artdığı bir dövrdə sənaye istehsalının, investisiyaların və məşğulluğun artması tendensiyasının qorunması baxımından maliyyə şərtlərinin dəstəkləyici olması çox vacibdir. Bu çərçivədə Mərkəzi Bank faizini 1,5 bənd aşağı salmağa qərar verib. İdarə Heyəti qlobal tələblə bağlı artan riskləri nəzərə alaraq mövcud faiz dərəcəsinin kafi səviyyədə olduğunu qiymətləndirərək avqust ayında başlayan faiz endirimi dövrünə son qoyulmasına qərar verib", - TCMB press-relizində bildirib.
Qərardan öncə 18,6277 səviyyəsində olan Dollar/TL məzənnəsi, qərardan sonra çox yüksəlməyib. Bu dəqiqələrdə məzənnə 18.6311 səviyyəsindədir. (Marja)