Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün səfərdə olduğu Nyu Yorkda Amerikanın PBS kanalının qonağı olaraq xarici siyasət və dünya gündəmi ilə bağlı qiymətləndirmələr edib.
Eləcə də bax: Türkiyədə dövlət ucuz ev satacaq - ƏRDOĞAN MEQA LAYİHƏNİN DETALLARINI AÇIQLADI
FED.az xəbər verir ki, Prezident Ərdoğan “Türkiyədə inflyasiya problemi necə həll oluna bilər?” sualına belə cavab verib:
"İnflyasiya qarşısıalınmaz iqtisadi təhlükə deyil. Mən iqtisadçıyam. Hazırda elə ölkələr var ki, 8 faiz, 9 faiz inflyasiya onları təhdid edir. Bizdə isə 80 faizlik inflyasiya var, buna baxmayaraq mənim ölkəmdə marketlərdə rəflər boş deyil. Amma Amerikada, Fransada və Almaniyada bu gün rəflər boşdur. Türkiyə vətəndaşı isə istədiyi məhsulu bazarlarda, marketlərdə tapa bilər. Məsələn, biz indi yeni bir addım atmışıq. Yəni Kənd Təsərrüfatı Kredit Kooperativlərimizdə məhsullar çox, çox ucuzdur. Digər mağazalar şəbəkəsi ilə müqayisədə çox aşağı qiymətə satılır. Hazırda bizim üçün inflyasiya problemdir, lakin Yeni ildən yüksək inflyasiya problemini aşacağıq və qətiyyətlə yolumuza davam edəcəyik. Hazırda Türkiyənin iqtisadi artım tempi 7,6 faizdir. Hazırda iqtisadi artım sürətinə görə dünyada ikinci yerdəyik. Hazırda 250 milyard dollarlıq ixraca nail olmuş bir ölkəyik”.
Qeyd edək ki, bu gün Dollar/Türk Lirəsi məzənnəsi 18,30 lirəni görüb. (Marja)