Türkiyədə dollar və digər xarici valyutaların məzənnələri yeniən artmağa başlayıb. FED.az-ın məlumatına görə, bir qədər əvvəl Türkiyə Mərkəzi Bankının qərarları ilə məzənnəsi 4,8 lirədən 4,54 lirəyə enən dolların məzənnəsi yenidən artaraq 4,62 lirəyə çatıb.
Avronun məzənnəsi isə 5,52 lirədən 5,26 lirəyə endikdən sonra yenidən 5,42 lirəyə yüksəlib.
İngilis funtu da bahalaşmaqdadır. Mayın sonunda 6,31 lirəyə yüksəldikdən sonra 5,93-5,99 lirəyə enən funt yenidən lirə qarşısında dəyər qazanaraq 6,19 lirəyə yüksəlib.
Türkiyə dolları saxlaya bilmədi – YENƏ BAHALAŞIR

11:42
13 İyun 2018