Türkiyənin bank sektoru bu ilin yanvar-oktyabr aylarını 50,1 milyard lirə (6,4 milyard ABŞ dolları) xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Türkiyə iqtisadiyyatı - 6.7 Faiz Böyüyüb
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Bank Tənzimlənməsi və Nəzarət Qurumunun (Bankaçılıq Düzenleme və Denetleme Kurumu - BDDK) hesabatında bildirilir.
Sənədə əsasən, bu il noyabrın 1-nə Türkiyə banklarının məcmu aktivləri 6 236,3 milyard lirə (797,5 milyard ABŞ dolları) olub ki, bu da ilin əvvəlinə nisbətən 38,9% çoxdur. Bunun 3 661,5 milyard lirəsi (468,2 milyard ABŞ dolları) müştərilərə verilmiş kreditlər (10 aylıq müqayisədə 37,9% çox), 1 068,5 milyard lirəsi (136,6 milyard ABŞ dolları) isə qiymətli kağızlara investisiyalardır (61,7% çox).
Oktyabrın sonuna bank sektorunun öhdəlikləri 5 663,7 milyard lirə (724,3 milyard ABŞ dolları, 41,7% çox), o cümlədən depozit portfeli 3 593,3 milyard lirə (459,5 milyard ABŞ dolları, 40,1% çox), balans kapitalı isə 572,6 milyard lirə (73,2 milyard ABŞ dolları, 16,3 % çox) təşkil edib. (Report)