Türkiyə Mərkəzi Bankı (TCMB) real sektor, maliyyə sektor nümayəndələri və peşəkarlardan ibarət 77 iştirakçı ilə sorğu keçirib.
FED.az xəbər verir ki, sorğu Türk Liəsinin Dollar qarşısında daha da ucuzlaşacağı gözləntisini üzə çıxarıb.
2018-ci ilin sonu üçün valyuta məzənnəsi (Dollar/TL) gözləntisi bir əvvəlki sorğu dövründə 4,10 TL ikən, bu sorğu dövründə 4,22 TL-yə yüksəlib. 12 ay sonra üçün valyuta məzənnəsi gözləntisi isə 4,33 TL təşkil edib. Əvvəli sorğuda bu səviyyə 4,19 TL idi.
Qeyd edək ki, bu gün səhər 1 Dollar 4.0456 TL-yə bərabər olub.