Türkiyədə milli vayuta xarici valyutalar qarşısında yenidən ucuzlaşıb.
FED.az xəbər verir ki, artıq dollar 6 lirədən, avro isə 7 lirədən baha ticarət edilir. Bakı vaxtı ilə saat 21:35-də dolların kursu 1,15% artaraq 6.0785 lirəyə qalxıb.
Bu dəqiqlərdə avro da 0,73 % bahalaşıb. 1 avro 7,0626 lirəyə ticarət edilir.
Qeyd edək ki, Türkiyədə milli valyutanın bahalaşmasına səbəb olan keşiş Endryu Bransonun azad ediləcəyi xəbərindən sonra lirə özünə gəlməyə başlayıb. Dünən məzənnənin bir qədər ucuzlaşması müşahidə edilib. Lakin bu gün yenidən bahalşama müşahidə edilir.