Ötən həftəni müsbət göstəricilərlə tamamlayan dollar yeni həftəyə sükutla başlayıb. İlk əməliyyatlardan sonra Türkiyədə dollar 3,75 TL ilə başlayıb.
FED.az xəbər verir ki, əvvəlki həftə sonundan başlayan Afrin əməliyyatına ilk mərhələdə yüksəliş reaksiyası verən lirə geosiyasi risklərin yüngülləşməsi nəticəsində yenidən ucuzlaşmağa başlayıb. Günorta saatlarından dollar 3.7824 lirəyədək yüksəlib.
Bu saatlarda Türkiyədə dollar 3.7829 lirəyə satılır.
Dollarla yanaşı avro da bahalşamaqda davam edir. Bu saatadək Türkiyədə avro 0,60% dəyər qazanaraq 4.6915 TL-yə çatıb.
Analitiklər valyuta məzənnələrinin Afrin əməliyyatın nə qədər davam etməsi və ABŞ-Türkiyə münasibətlərinin davamından asılı olaraq dəyişəcəyini proqnoz edirlər.
Türk lirəsi yenə dəyər itirdi
15:27
29 Yan 2018