Türkiyədə xarici valyutaların türk Lirəsi qarşısında ucuzlaşması davam edir.
FED.az xəbər verir ki, artıq dollar 6 lirədən, avro isə 7 lirədən də aşağı enib. Bakı vaxtı ilə saat 20:00-da dolların kursu 5.9778 lirəni görüb.
Xatırladaq ki, bu gün ərzində Türkiyədə dolların ən yüksək həddi 6.13 lirə səviyyəsində olub. Bu gün türk lirəsi dollar qarşısında 2,11% , avro qarşısında isə 2,70% dəyər qazanıb.
Bu dəqiqlərdə 1 avro 6,9951 lirəyə ticarət edilir.
Qeyd edək ki, Türkiyədə milli valyutanın bahalaşmasına səbəb olan keşiş Endryu Bransonun azad ediləcəyi xəbərindən sonra lirə özünə gəlməyə başlayıb. Bransonun məhkəməsi oktyabrın 12-nə təyin edilib.
Türk lirəsi sürətlə bahalaşır - SON RƏQƏMLƏR
20:19
27 Sen 2018