Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün yenidən rekord vurub.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında TRY/USD nisbəti 4,0618 olub.
Hazırda qonşu ölkədə Amerika valyutasının məzənnəsi 4,05 lirə ətrafında dəyişir.
Xatırladaq ki, ötən gün Türkyədə dollar 4,04 lirəyə, avro isə 4,96 lirəyə qədər bahalaşmışdı. Milli valyutanın dəyərdən düşməsi əsasən ölkədaxili və qlobal siyasi vəziyyətlə izah olunur.