Dünən gecə 3.89 lirə səviyyəsini keçən Dolar/Türk Lirəsi (TL) məzənnəi bu gün 3.9007 lirə səviyyəsini test edərək 4 Dekabrdan bəri ən yüksək səviyyəyə qalxıb (Dollar bahalaşıb, Türk Lirəsi ucuzlaşıb). Lirə Dollar qarşısında 0,5%-də dəyər itirib.
FED.az xəbər verir ki, Avro Lirə qarşısında rekord yeniləməkdə davam edir. Çərşənbə axşamı 4.8055 ilə tarixi yüksək səviyyəni test edən avro, bu gün də 4.82-ni aşaraq rekord qırmağa davam edib.
Türk Lirəsinin ucuzlaşmasının səbəbləri, xarici proseslər, Türkiyədə inflyasiyanın yüksək qalması və tədiyyə balansındakı cari kəsirdir.
@marja.az