ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ-da söz verdiyi yeni zavodları inşa etməsə, Tayvan Yarımkeçirici İstehsalat Şirkətinə (TSMC - Taiwan Semiconductor Manufacturing Company) 100%-ə qədər tariflər tətbiq edəcək.
Çin ABŞ məhsullarına 34 faiz gömrük rüsumu tətbiq edəcək
FED.az xəbər verir ki, Tramp keçmiş prezident Co Bayden administrasiyasını TSMC-nin ABŞ bölməsinə Arizona ştatının Phoenix şəhərində yarımkeçirici istehsalı üçün 6,6 milyard dollar yardım göstərdiyinə görə tənqid edərək, yarımkeçirici şirkətlərin pula ehtiyacı olmadığını iddia edib.
"Mən TSMC-yə heç bir pul vermədim... Mən yalnız dedim ki, zavodunuzu burada tikməsəniz, böyük vergi ödəyəcəksiniz", - Tramp bildirib.
Mart ayında dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC Ağ Evdə elan edib ki, yaxın illərdə beş əlavə yarımkeçirici zavodun tikintisi də daxil olmaqla, ABŞ-a 100 milyard dollarlıq yeni investisiya yatırmağı planlaşdırır. (Marja)