ABŞ Prezidenti Donald Tramp, yeni Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) sədrinin adını 2026-cı ilin əvvəlində açıqlayacağını bildirib.
Tramp: "Ukrayna müəyyən ərazilərdən imtina etməlidir"
FED.az xəbər verir ki, Tramp, 2026-cı ilin əvvəlində FED-in rəhbərliyinə gətiriləcək şəxsin adını açıqlayacağını deyib və bu açıqlama, ABŞ Mərkəzi Bankının növbəti lideri barədə ehtimalları daha da artırıb.
Çərşənbə axşamı Ağ Evdə keçirilən iclasda Tramp bildirib: “Fed sədrini yəqin ki, gələn ilin əvvəlində açıqlayacağıq.”
Trampın bu sözləri, qərarın nə zaman elan ediləcəyinə dair daha dəqiq zaman çərçivəsi təqdim edir. Seçim prosesinə rəhbərlik edən ABŞ Maliyyə Naziri Skott Bessent daha əvvəl qərarın Milad ərəfəsində açıqlana biləcəyini demişdi.
Tramp aylardır FED-ə faiz dərəcələrini endirməsi üçün təzyiq göstərir. May ayında səlahiyyət müddəti başa çatacaq Jerom Pauellin yerinə keçəcək şəxsi müəyyənləşdirmək, Trampa qurumu yenidən formalaşdırmaq üçün indiyə qədərki ən böyük imkanı verəcək.
Tramp, Pauelli faiz endirimlərində çox yavaş və ehtiyatlı davrandığına görə tənqid edir. Prezident, Pauelldən sonra gələcək şəxsin faizləri endirməkdə daha qətiyyətli addımlar atmasını gözlədiyini bildirib.
Məsələyə yaxın mənbələr keçən həftə Bloomberg News-a açıqlamalarında, Ağ Evin Milli İqtisadi Şura Direktoru Kevin Hassett-in Pauellin yerinə əsas namizəd kimi görüldüyünü demişdilər. (Marja)










