Bu gün sentyabrın 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti intervalı 94.3543 AZN (12.0661%) və 97.1106 AZN (6.0000%) olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160 200 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.
İstiqrazların tədavül müddəti 182 gün, ödəmə tarixi 12 mart 2019-cu ildir.
Hərrac iştirakçıları 12 mart 2019-cu il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Tələb təklifi 4,6 dəfə üstələdi - HƏRRAC
21:44
11 Sen 2018