Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini dəyişib.
Eləcə də bax: “Fitch”: Azərbaycanın valyuta ehtiyatları - 22% Azala Bilər
FED.az xəbər verir ki, bu barədə AMB rəhbəri Elman Rüstəmov hazırda keçirilən mətbuat konfransında bildirib.
Faiz dərəcəsi 7%-dən 6,75%-ə endirilib. Faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi 7,25% həddində müəyyən edilib.
Elman Rüstəmov bildirib ki, bu qərar «faktiki və illik proqnozlaşdırılan inflyasiyanın - hədəf intervalının mərkəzindən aşağı olması, beynəlxalq konyukturada yaxşılaşma meyllərinin və valyuta bazarında stabilliyin davametməsi, pandemiyann təsiri ilə tələbin zəifləməsinin antiinflasiya effektləri nəzərə alınmaqla qəbul edilib.