2025-ci ilin ilk altı ayı ərzində ölkədə illik inflyasiya 6 faiz təşkil edib
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, qeyri-qida məhsulları üzrə inflyasiya 2,8 faiz, ödənişli xidmətlər üzrə isə 7,2 faiz olub. Baza inflyasiyası isə 4,8 faiz səviyyəsində qeydə alınıb.
Sədr əlavə edib ki, istehsalat xərclərinin artması kənd təsərrüfatı məhsullarının qiymət indeksinə də təsir göstərib. Onun sözlərinə görə, bu göstərici 11 faiz artaraq inflyasiyaya 4,6 faiz bəndi artırıcı təsir göstərib.
Mərkəzi Bank sədrinin açıqlamasına əsasən, 2025–2026-cı illər üzrə inflyasiya proqnozları hədəf diapazonunda qalır. Belə ki, 2025-ci ilin sonu üçün inflyasiya göstəricisinin 5,7 faiz, 2026-cı ilin sonunda isə 5,3 faiz olacağı proqnozlaşdırılır.