Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri başlayıb.
FED.az xəbər verir ki, səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Çin Xalq Respublikasının maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Görüşlərdə makroiqtisadi sabitliyin təmin olunması, maliyyə texnologiyalarının inkişafı, həmçinin tənzimləmə sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, səfərin məqsədi Azərbaycan və Çin arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsidir.









