Ölkədə nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində ciddi addımlar atılır.
FED.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, 40 min manata qədər olan ödənişlərin ani ödəniş sisteminə keçirilməsi planlaşdırılır.