Şirkətin adı: SYNERGY GROUP MMC
Vəzifə: Baş MÜHASİB
İş yeri: Şəmkir şəhəri
Şirkət haqqında:
2010-cu ildən etibarən fəaliyyət göstərən “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 2000-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakı şəhərindən kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.
Əsas vəzifə öhdəlikləri:
• AR qanunvericiliyinin tələblərinə əsasən mühasibat və vergi uçotunun aparılması;
• Dövlət orqanlarına hesabatların (vergi, DSMF və statistika) hazırlanması
Namizədə olan tələblər:
• Ali iqtisadi təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (otelçilik sahəsi arzuolunandır);
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• Komandada işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
"SYNERGY GROUP" MMC işçi axtarır - VAKANSİYA
15:48
6 Mart 2018