Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə şirkətin Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
FED.az xəbər verir ki, SOCAR "Facebook" sosial şəbəkəsindəki səhifəsində bildirib ki, dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil.
“Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən ildə SOCAR-ın ümumi gəlirlərinin 90%-dan çoxunu təşkil edib”,- deyə məlumatda deyilir.