Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası 12 269 milyon manat dəyərində 141 qiymətli kağızı dövlət qeydiyyatına alıb.
FED.az Palataya istinadən xəbər verir ki, bunun 961 milyon manatlıq hissəsi (59 ədədi) yeni səhmlərdir.
9 ay ərzində kredit təşkilatları 560 milyon manatlıq (11 ədəd), sığorta şirkətləri 51 milyon manatlıq (2 ədəd), digər təşkilatlar isə 350 milyon manatlıq (44 ədəd) səhmi qeydiyyatdan keçirib.
Bundan başqa, hesabat dövründə 979 milyon manatlıq 40 korporativ istiqraz buraxılıb. Bunun 108 milyon manatlıq hissəsi (25 ədədi) kredit təşkilatlarına, 871 milyon manatlıq hissəsi (15 ədədi) isə digər təşkilatlara məxsus olub. Sığorta şirkətlərindən isə istiqrazı qeydiyyatdan keçən olmayıb.
Yanvar-sentyabr aylarında 9 978 milyo manatlıq (40 ədəd) dövlət qiymətli kağızları, o cümlədən Maliyyə Nazirliyinə məxsus 1 178 milyon manatlıq (3 ədəd) istiqraz və Azərbaycan Mərkəzi Bankına məxsus 8 800 milyon manatlıq (37 ədəd) istiqraz, eləcə də 351 milyon manatlıq 4 veksel, o cümlədən Maliyyə Nazirliyinə məxsus 350 milyon manatlıq (3 ədəd) və digər təşkilatlara məxsus 1 milyon manatlıq (1 ədəd) veksel dövlət qeydiyyatına alınıb.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.