“Bakı Sığorta” 2018-ci ilin 2-ci rübü üzrə yarımillik hesbatını açıqlayıb.
FED.az “Bakı Sığorta”-nın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin 2018-ci ilin 2-ci rübü üçün əsas əməliyyat gəlirləri 605,3 min manat olub ki, bu məbləğin də 96%-i birbaşa sığorta haqlarının payına düşür. İnvestisiya gəlirləri 359,3 min manat, xalıis sığorta ehtiyyatlarının dəyişməsi müsbət istiqamətdə qalaraq 183,3 min manat təşkil edib. Sonda cəmi gəlirlər 1 mln 274,2 min manat olub.
Eləcə dəd bax: Sığorta şirkəti: «Mənfəətimiz ikiqat artacaq» - MÜSAHİBƏ
Əsas əməliyyat xərcləri 304,5 min manat olub ki, bu məbləğin də 44,34%-i sığorta ödənişləri və sığorta məəbləğləri üzrə xərclərin payına, 52,19%-i isə təkrar sığortaya verilmiş sığorta haqlarının payına düşür. Yekunda cəmi xərclər 900,5 min manat olub.
Sonda “Bakı Sığorta” 2018-ci ilin 2-ci rübünü 298,9 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, şirkət 2017-ci ilin yekunun da 262,5 min manat mənfəətlə başa vurub.
FED.az “Bakı Sığorta”-nın “Balans” hesabatına istinadən xəbər verir ki, şirkətin cəmi aktivləri 2018-ci ilin 2-ci rübündə ilin əvvəlinə nəzərən 0,6% arataraq 10 mln 796,2 min manat, cəmi kapital isə 3,3% artaraq 9 mln 242,5 min manat olub.
Eləcə də bax: İşləyən və işsizlər üçün icbari tibbi sığorta haqqı dəqiqləşdi
Sığorta şirkəti mənfəət açıqladı – HESABAT
11:21
1 Okt 2018