2024-cü ildə SİF tərəfindən güzəştli kreditlərlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz çox olmuşdur.
Ötən il SİF 8 yaşıl layihə üzrə güzəştli kredit ayırıb
FED.az xəbər verir ki bunu, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Eldar Həmidov Bakıda keçirilən "1-ci Milli Maliyyə Əlçatanlığı Forumu"nda bildirib.
O qeyd edib ki, 2024-cü ildə Fond tərəfindən güzəştli kreditlərlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz çox olmuş və 5722-ə çatmışdır. Verilmiş kredit məbləğlərinin ümumi məbləği isə 28 faiz artaraq 248 milyon manat olmuşdur.