FED.az xəbər verir ki, Sədərək Ticarət Mərkəzi Mühasib vəzifəsinə işçi axtarır.
İş yeri - Sədərək Ticarət Mərkəzinin Baş ofisi
Tələblər:
- Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
- İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
- 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
- Ezamiyyətlərə hazır olmalıdır.
Vəzifələr:
- Kassa dövriyyəsinə nəzarət və pul hərəkəti cədvəllərinin hazırlanması;
- Mal-materialların uçotunun aparılması, hərəkət və qalıqlara nəzarət;
- Əsas vəsaitlər və inventarların qeydiyyatı, hərəkətinə və qalıqlarına nəzarət;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.
Eləcə də bax: "İnvest AZ" işçi axtarır - VAKANSİYA
İş şəraiti:
- 6 günlük iş rejimi (I - V günlər 09:00 - 18:00, VI gün 09:00 - 13:00);
- İşçilər firma tərəfindən nahar yeməyi ilə təmin edilir;
- Əmək haqqı - 700 manatdan başlayır. (Vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə uyğun olaraq əmək haqqı təklif ediləcək)
E-mail: [email protected]