2026-cı il dövlət büdcəsində mənzil və kommunal xərcləri üçün 334,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Azərbaycanda qaz və elektrik enerjisinə görə aylıq sabit tarif - BİR MANAT OLACAQ
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, bu, 2025-ci illə müqayisədə 35,4 milyon manat və ya 9,6 faiz azdır.
Mənzil və kommunal xərcləri üzrə ayrılmış vəsaitin 140,3 milyon manatı kommunal təsərrüfatına, 60,9 milyon manatı mənzil təsərrüfatına, 15,6 milyon manatı su təsərrü-fatına, 6,5 milyon manatı lift təsərrüfatına, 111,3 milyon manatı isə mənzil və kommu-nal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə bu il üçün 33,8 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.
Mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon və qəsəbələrdə dövlət balan-sında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 60,9 milyon manat, işıqlandırılma üçün 43,4 milyon manat, yaşıllıqların salınması, saxlanılması və landşaft quruluşu işləri üçün 52,9 milyon manat, mənzil və kommunal təsərrüfatı müəssisələri üçün 48,5 milyon manat və lift təsərrüfatının saxlanılması üçün 6,5 milyon manat vəsait ayrılacaq.










