Cari ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib.
Qadın sahibkara hotel və restoran xidməti layihəsi üzrə - GÜZƏŞTLİ KREDİT VERİLDİ
Fonddan FED.az-a bildirilib ki, hesabat dövründə sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.