Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi keçirilib.
Azərbaycanda 11 ayda qadın və gənc sahibkarlara ayrılmış güzəştli kreditlərin məbləği açıqlanıb
FED.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.
Məlumata görə, müsabiqə çərçivəsində 2024-cü ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 311 layihəyə 66 milyon manata yaxın kredit verilib.
Bununla yanaşı, Fond 2024-cü il ərzində sahibkarlıq subyektlərinin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində maarifləndirmə işlərini davam etdirib, əsasən regionlarda sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlərdə dövlətin güzəştli maliyyə mexanizmləri ilə bağlı ətraflı məlumat verilib. Qurum eyni zamanda, dövlət və özəl qurumların təşkilatçılığı ilə keçirilən 10-a yaxın sərgi və konfransda iştirak edib.
Beləliklə, 2024-cü il ərzində ölkə iqtisadiyyatının prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına xidmət edən bizneslərin inkişafı dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənib.