Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 287.7 mln. manat olan 1 902 layihəyə 130.6 mln. manat güzəştli kredit verilib. Beləliklə, 2021-ci il üzrə proqnoz 100.5 % icra edilib.
Eləcə də bax: AMB: 2021-ci ildə Azərbaycanda istehlak kreditləri üzrə faiz dərəcələri - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Fondun təqdim etdiyi illik hesabatda bildirilir.
Pandemiyadan zərərçəkmiş sahələr üzrə göstəricilər isə belə olub: dövlət zəmanəti ilə kredit mexanizmi çərçivəsində ümumilikdə 499.8 mln. manat kreditə zəmanət verilib və proqram 100% icra edilib. Həmçinin, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi çərçivəsində ümumilikdə 910.9 mln. manat kredit portfelinə 62.5 mln. manat faiz subsidiyasının ödənilməsi təsdiq edilib.