İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci ilin yekunlarına dair maliyyə hesabatı açıqlanıb.
Dəvəçiliyin inkişafı üçün yarım milyon manat - KREDİT AYRILIB
Azərbaycanın mebel şirkəti dövlətdən - GÜZƏŞTLİ KREDİT ALIB
FED.az xəbər verir ki, hesabata əsasən, ötən il SİF-in əməliyyat gəlirləri 14 375 min manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 8 945 min manat təşkil edib.
Əməliyyat və vergi xərcləri 7 811 min manat təşkil edib və Fond 2022-ci ili 15 509 min manat mənfəətlə başa vurub.
31 dekabr 2022-ci il tarixinə SİF-in cəmi aktivləri 951 891 min manat, öhdəlikləri 20 min manat, kapitalı isə 951 871 min manat təşkil edib.
Qeyd edək ki, Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu hər il müstəqil audit şirkətləri tərəfindən yoxlanılır.
2022-ci ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib.
Audit rəyinə əsasən, maliyyə hesabatları Fondun 31 dekabr 2022-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.