Rusiya prezidenti Vladimir Putin 2024-cü il və 2025-2026-cı illər üçün planlaşdırılan federal büdcə haqqında qanunu imzalayıb.
Moskva birjasında dollar ucuzlaşmaqda davam edir - RUBL NİYƏ BAHALAŞIR?
FED.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qanuna əsasən, Rusiya büdcəsinin gəlirləri 2024-cü ildə 35,065 trilyon rubl (cari məzənnə ilə 670 milyard manat), 2025-ci ildə 33,552 trilyon rubl (641 milyard manat), 2026-cı ildə isə 34,051 trilyon rubl (650 milyard manat) təşkil edəcək.
Xərclərin müvafiq olaraq 36,660 trilyon rubl (700 milyard manat), 34,382 trilyon rubl (657 milyard manat) və 35,587 trilyon rubl (680 milyard manat) olacağı gözlənilir.
2024-cü ildə kəsirin 1,595 trilyon rubl, 2025-ci ildə 0,83 trilyon rubl, 2026-cı ildə isə 1,536 trilyon rubl olacağı proqnozlaşdırılır. (Marja)